Parasitus Medical Center

Sual-cavab

Tez-tez verilən suallar

Ən çox soruşulan suallara elmi əsaslı, qısa cavablar.

Ən çox verilən suallar

Parazitlərin orqanizmdə olduğunu necə bilim?

Ən çox rast gəlinən əlamətlər bunlardır: uzun müddət davam edən halsızlıq, qarın ağrıları, ürəkbulanma, iştahsızlıq, izah olunmayan çəki problemləri, dəri səpgiləri, qaşınma, gecə anal nahiyədə qaşınma (xüsusilə uşaqlarda), diş qıcama, ağızdan su gəlməsi, yuxu pozğunluqları və allergik reaksiyalar. Amma bu əlamətlər tək başına diaqnoz üçün kifayət deyil. Dəqiq diaqnoz üçün laborator müayinələr lazımdır: nəcis analizi, perianal lent testi, qanın seroloji testləri, ümumi qan analizi.

Parazit müalicəsi zamanı vitamin preparatı qəbul etmək lazımdırmı?

Xeyr. Səbəb araşdırılıb tapılmayana qədər vitamin preparatları problemi həll etmir. Düzgün diaqnoz və müalicədən sonra yaşa uyğun çəki artımı və maddələr mübadiləsinin bərpası çox vaxt vitaminsiz də baş verir. Vitaminlər yalnız ehtiyac olduqda, əlavə vasitə kimi təyin olunur.

Övladım tez-tez bağçada xəstələnir. Səbəbi nədir?

Uşaqlarda, xüsusilə 3–5 yaşa qədər, immun sistem hələ tam formalaşmadığı üçün tez-tez xəstələnmək müəyyən qədər normaldır. Ən böyük səhv uşağı tam sağalmadan yenidən bağçaya göndərməkdir. Əlamətlərin azalması tam sağalma demək deyil, uşaq hələ xəstəliyi başqalarına ötürə bilər. Tez-tez xəstələnmə davam edirsə, səbəbi dəqiqləşdirmək üçün mütəxəssisə müraciət edin.

Pişik və it saxlayan ailədə uşaq sağlamlığı üçün hansı qaydalar var?

Heyvanlar müntəzəm baytar müayinəsindən keçməli, parazitlərə qarşı profilaktik müalicə almalı, peyvəndləri vaxtında edilməlidir. Uşaq heyvanla hər təmasdan sonra əllərini yumalı, təmas valideynin nəzarəti altında olmalıdır. Hamilə qadınlar toksoplazmoza görə xüsusi diqqətli olmalıdır. Klinika ev heyvanı olan ailələrdə uşaq üçün ildə bir dəfə parazitoloji check-up-ı məqsədəuyğun hesab edir.

Klinikanıza qəbula necə yazıla bilərəm?

Telefonla, WhatsApp ilə, e-poçtla (parasitus.clinic@gmail.com), saytdakı «Qəbula yazıl» forması ilə və ya birbaşa klinikaya gələrək. Qəbul saatları: bazar ertəsi – cümə 09:00–17:00, şənbə 09:00–16:00, bazar qeyri-iş günüdür. Bir neçə gün əvvəlcədən yazılmaq tövsiyə olunur. Yaş məhdudiyyəti yoxdur.

Neçə yaşdan qəbul edirsiniz?

Yaş məhdudiyyəti yoxdur. Yenidoğulmuş körpədən yaşlı xəstəyə qədər hər kəs qəbula yazıla bilər.

Şənbə günü işləyirsiniz?

Bəli. Şənbə günü klinika 09:00–16:00 saatlarında işləyir. Bazar günü qeyri-iş günüdür.

«Qəbula yazıl» formasını doldurdum. Qəbulum təsdiqlənibmi?

Onlayn forma müraciət sorğusudur, avtomatik təsdiqlənmiş qəbul deyil. Klinika sizinlə əlaqə saxlayıb vaxtı təsdiqlədikdən sonra növbə qüvvəyə minir.

Klinika harada yerləşir, necə gəlmək olar?

Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 179. Klinika Nizami metro stansiyasından piyada məsafədə, Caspian Plaza ticarət mərkəzinin yaxınlığındadır.

Ot və bitkilərlə müalicə aparırsınızmı?

Xeyr. Baş həkim ot və bitkilərlə alternativ müalicə tətbiq etmir, dərmanları özbaşına hazırlamır. Müalicə sübuta əsaslanan tibbin prinsipləri ilə aparılır.

Digər mövzular üzrə suallar

Bu sualların cavabı mövzuya aid səhifədədir.

Sualınız cavablanmadı? Bizimlə birbaşa əlaqə saxlayın.

Qəbula yazılın

Formu doldurun, klinika sizinlə əlaqə saxlayıb vaxtı təsdiqləyəcək. B.e.–Cümə 09:00–17:00, Şənbə 09:00–16:00.

Bazar günü qeyri-iş günüdür.

Şənbə günü son saat 15:30-dur.

* işarəli xanalar mütləqdir. «Müraciəti göndərin» düyməsi WhatsApp-ı hazır mesajla açır, mesajı WhatsApp-da siz göndərirsiniz. Onlayn forma müraciət sorğusudur: növbə klinika onu təsdiqlədikdən sonra qüvvəyə minir. Göndərdiyiniz məlumat yalnız növbənin təşkili üçün istifadə olunur.

Saytda axtarış

Əlçatanlıq ayarları

Mətn ölçüsü

Kontrast

Seçimlər yalnız bu brauzerdə yadda saxlanılır.