Xəstəliklər bələdçisi
Heyvanlardan keçən (zoonoz) infeksiyalar
Qısa cavab
Zoonoz infeksiyalar heyvanlardan insana keçən xəstəliklərdir. Onlar heyvanla təmas, heyvan mənşəli qida (pasterizə olunmamış süd, çiy ət) və ya heyvanların ifrazatı ilə çirklənmiş mühit vasitəsilə yayılır. Parasitus-da ev heyvanlarından insana keçən infeksiyaların diaqnostikası və profilaktikası klinikanın iş sahələrindən biridir.
| Xəstəlik | Mənbə | Səhifə |
|---|---|---|
| Bruselyoz | Pasterizə olunmamış süd və süd məhsulları, çiy ət, heyvanlarla təmas | Bruselyoz |
| Pişik cırmağı xəstəliyi | Birələrə yoluxmuş pişiyin cırmaqlaması | bu səhifədə ↓ |
| Toksoplazmoz | Pişik nəcisi, çiy ət | Toksoplazmoz |
| Exinokokkoz | İtlərin nəcisi ilə çirklənmiş mühit | Exinokokkoz |
| Leyşmanioz | Moskit sancması; itlər rezervuar rolunu oynayır | Leyşmanioz |
| Dəri göbələyi (saçqıran), bəzi qurd infeksiyaları | Ev və küçə heyvanları ilə təmas | Məqalə: Ev heyvanları və uşaq sağlamlığı |
Pişik cırmağı xəstəliyi
Xəstəliyi Bartonella henselae bakteriyası törədir. O, birələrə yoluxmuş ev və ya küçə pişiklərinin cırmaqlaması ilə keçir. Birəli pişiklərlə təmasda olanlarda risk daha yüksəkdir. Cırmaq yerində dəri səpgisi, sonra yaxınlıqdakı limfa düyünlərinin şişməsi, baş ağrısı, halsızlıq, qızdırma ola bilər. Limfa düyünləri böyüyən hər bir halda infeksionistə müraciət etmək lazımdır.
Həkim infeksionist-parazitoloq qəbulu, ümumi qan analizi, limfa düyünlərinin USM-i, toksoplazmoz və exinokokkoz seroloji testləri.

