Xəstəliklər bələdçisi
Sidik yolları infeksiyaları
Qısa cavab
Sidik yolları infeksiyaları sidik kisəsinin (sistit) və böyrəklərin (pielonefrit) iltihabıdır. Sistitdə tez-tez və ağrılı sidik ifrazı, pielonefritdə isə qızdırma və bel ağrısı olur. Böyrəkdə daş olduqda infeksiya daha ağır keçə bilər. Belə hallarda infeksionist, uroloq və nefroloq xəstəni birlikdə izləməlidir.
Əlamətlər
- Sistit: sidik ifrazı zamanı yanma, tez-tez sidiyə çıxma, qarnın aşağı hissəsində ağrı.
- Pielonefrit: qızdırma, böyrək nahiyəsində (beldə) ağrı, ürəkbulanma, halsızlıq.
Böyrək daşı və qızdırma
Böyrəkdəki daş iltihablaşa və ya sidik yolları infeksiyasına səbəb ola bilər. Belə hallarda 38°C və daha yüksək qızdırma, böyrək nahiyəsində ağrı, halsızlıq, ürəkbulanma, qusma, sidikdə qan ola bilər. Bu hallar nefroloq, uroloq və infeksionistin birgə nəzarətində olmalıdır.
Parasitus-da
- həkim infeksionist-parazitoloq qəbulu;
- bakterioloji əkmə;
- ümumi qan analizi, CRP;
- böyrək testləri;
- böyrəklərin USM-i.

