Uşaqlarda diş qıcama və ağızdan su gəlməsi: parazit əlamətidirmi?

Qurd (parazit) problemi ilə bağlı valideynlərin ən çox danışdığı əlamətlərdən biri diş qıcama və ağızdan su gəlməsidir. Xüsusilə gecə saatlarında dişlərin sıxılması, səbəbsiz narahatlıq və tüpürcəyin çoxalması buna işarə edə bilər. Baş həkim Dr. Xatirə Aslanova əlavə edir: diş qıcama ilə yanaşı gecələr ağızdan su gəlməsi, ağızda xoşagəlməz qoxu və mədə nahiyəsində ağrı da varsa, uşaq parazitoloji müayinədən keçməlidir.
Bu əlamətlər bir səbəbdən yox, müxtəlif problemlərdən yarana bilər:
- parazitar infeksiyalar;
- mədə-bağırsaq sistemi xəstəlikləri;
- Helicobacter pylori infeksiyası;
- müxtəlif infeksiyaların ağırlaşmaları;
- sidik yolları infeksiyaları.
Diş qıcamanın parazitlə əlaqəsi olmayan səbəbləri də var, məsələn diş-çənə problemləri, yuxu xüsusiyyətləri və gərginlik. Ona görə də bəzən pediatr və ya stomatoloq rəyi də lazım olur.
Ən vacib məqam budur: bu əlamətlər bir-birinə çox bənzəyir və təxmini diaqnoz qoymaq ciddi səhvdir. Valideynlərin ən çox etdiyi səhv şikayətləri yüngül qəbul etmək və ya evdə özbaşına müalicəyə başlamaqdır. Bu zaman xəstəlik gizli şəkildə irəliləyə bilər. Övladınızda belə şikayətlər varsa, müayinəni gecikdirməyin və düzgün differensial diaqnostika üçün həkimə müraciət edin.
Mövzuya aid videolar
Videolar YouTube-da açılır.



