Uşaqlar niyə tez-tez xəstələnir? Bağça dövründə edilən böyük səhv
Uşaqlar niyə tez-tez xəstələnir? Xüsusilə 3–5, bəzən 7 yaşa qədər uşaqlarda təkrarlanan infeksiyaların səbəbi nədir? Baş həkim Dr. Xatirə Aslanova bu barədə danışır.
İmmunitet hələ formalaşır. 3–5 yaş arası uşaqlarda immun sistem tam formalaşmayıb. Ona görə də onlar qızılca, suçiçəyi, qrip, rotavirus kimi müxtəlif infeksiyalara tez-tez yoluxa bilir. Bu, müəyyən qədər normaldır.
Ən böyük səhv tələskənlikdir. Valideynlər çox vaxt uşağın qızdırma, öskürək kimi əlamətləri 3 gün ərzində yüngülləşən kimi onu tam sağalmasını gözləmədən bağçaya və ya kollektivə qaytarırlar. Əlamətlərin azalması tam sağalma demək deyil. Bu vəziyyətdə uşaq hələ də yoluxdurucu ola bilər: həm öz sağlamlığını riskə atır, həm də bağçadakı digər uşaqları yoluxdurur.
Nə etməli:
- Uşağı tam sağalana qədər evdə saxlayın. Kollektivə nə vaxt qayıda biləcəyini həkimlə dəqiqləşdirin.
- Peyvəndləri milli peyvənd təqviminə uyğun vaxtında etdirin.
- Əl gigiyenasını öyrədin.
- Xəstələnmə çox tez-tez təkrarlanırsa, səbəbi həkimlə birlikdə araşdırın.
Mövzuya aid videolar
Videolar YouTube-da açılır.





