Çimərlik mövsümündə sağlamlıq qaydaları

Yay aylarında dəniz suyu ilə təmas zamanı bəzi infeksiya riskləri yaranır. Aşağıdakı qaydalara əməl edin:
- Dəniz suyunu udmayın.
- Yalnız çimmək üçün yararlı sayılan çimərliklərə gedin.
- Dəridə yara və ya sıyrıq varsa, sudan çıxandan sonra həmin yeri sabunlu su ilə yuyun.
- Dənizdən çıxandan sonra duş qəbul edin.
- Duş kabinələrində və tualetlərdə şəxsi başmaqdan istifadə edin.



