Limfa sistemi insan orqanizmini qoruyan vacib sistemlərdən biridir. Limfa vəziləri yad maddələri və orqanizmləri tanımaq qabiliyyətinə malikdir.
Yerləşmə sahələri: İnsan orqanizmində 600-ə qədər limfa vəzisi var. Ən tanınanları: qulaq önü və arxası, boyun ön və arxa nahiyəsi, çənəaltı, körpücük sümüyünün üzəri, qoltuq altı, dirsək və diz ətrafı, qasıq.
Limfa düyünü şişməsinin səbəbləri: infeksion və iltihabi reaksiyalar (ən çox); qeyri-infeksion proseslər; onkoloji xəstəliklər (nisbətən az).
Limfa düyünlərində böyümə olduqda mütləq infeksionistə müraciət edin.
