Parazitologiya Xidmətləri
Bağırsaq, toxuma və dəri parazitlərinin dəqiq diaqnostikası və etioloji müalicəsi. Uşaqlarda parazit müalicəsinə xüsusi yanaşma.
ƏtraflıHəkim İnfeksionist-Parazitoloq · 27 illik təcrübə

Parasitus Medical Center Bakının Yasamal rayonunda, Murtuza Muxtarov küçəsi 179 ünvanında, Nizami metrosu və Caspian Plaza yaxınlığında yerləşən ixtisaslaşmış tibbi mərkəzdir. Klinika parazitologiya, infeksion xəstəliklər və müasir laborator diaqnostika sahələrində xəstələrə kompleks tibbi xidmət göstərir.
Parasitus təkcə bir klinika deyil, eyni zamanda Azərbaycanda parazit və infeksion xəstəliklər sahəsində ən tanınmış mütəxəssislərdən biri olan həkim infeksionist-parazitoloq Dr. Xatirə Aslanovanın 27 illik klinik təcrübəsi və elmi yanaşması üzərində qurulmuş bir tibbi mərkəzdir.
Azərbaycanda parazitar və infeksion xəstəliklərin diaqnozu uzun illərdir gecikdirilir. Bunun əsas səbəbi simptomların qeyri-spesifik olması və xəstələrin ilkin müraciəti zamanı etioloji axtarışın aparılmamasıdır. Bir çox xəstə illərlə yorğunluq, qarın ağrıları, dəri problemləri, çəki dəyişiklikləri kimi şikayətlər çəkir, müxtəlif ixtisaslara müraciət edir, vitamin və simptomatik dərmanlar qəbul edir, lakin əsl səbəb tapılmır. Parasitus klinikası bu yanlış praktikaya alternativ təklif edir.
Tibbi-Profilaktika fakültəsi (ali tibb təhsili)
Yoluxucu Xəstəliklər üzrə təkmilləşdirmə kursu
"Enfeksiyon Hastalıkları ve Klinik Mikrobiyoloji Anabilim Dalı" üzrə beynəlxalq təkmilləşdirmə kursu
Üzv
V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu (ETTPİ), Yoluxucu Xəstəliklər klinikası
Parasitus Medical Center
Bağırsaq, toxuma və dəri parazitlərinin dəqiq diaqnostikası və etioloji müalicəsi. Uşaqlarda parazit müalicəsinə xüsusi yanaşma.
ƏtraflıVirus hepatitləri, mədə-bağırsaq və tənəffüs yolu infeksiyaları, zoonoz və dəri infeksiyalarının diaqnostikası və müalicəsi.
ƏtraflıMüasir laboratoriyamız parazitoloji, hematoloji, biokimyəvi, immunoloji, PZR, hormonal və mikrobioloji analizləri yüksək dəqiqliklə yerinə yetirir.
Ətraflıİldə bir dəfə, xüsusilə uşaqlar üçün tövsiyə olunan kompleks profilaktik müayinə paketi. Erkən aşkarlama ağırlaşmaların qarşısını alır.
ƏtraflıPeşəkar həkimlər tərəfindən aparılan ultrasəs və Doppler müayinələri. Bəzi parazit növləri (məs. ekinokokk kistası) USM ilə aşkarlana bilir.
ƏtraflıHəkim cərrah mama-ginekoloq Dr. Ceyran İmaməliyeva tərəfindən hamiləlik, sonsuzluq, endokrin pozğunluqlar və estetik ginekologiya xidmətləri.
Ətraflı