Bruselyoz Brucella bakteriyaları tərəfindən törədilən zoonoz infeksiyadır. Heyvan mənşəli süd və ət məhsulları vasitəsilə insanlara keçir.
Yoluxma yolları: pasterizə olunmamış süd; ev şəraitində hazırlanmış pendir; yağ və dondurma; çiy və ya yarımbişmiş ət.
Əsas əlamətlər: oynaq ağrıları (xüsusilə orta ölçülü oynaqlarda); şiddətli, bəzən yuxunu pozan ağrılar; artrit, bursit, tendovaginit halları; qızdırma və halsızlıq; tər ifrazının artması; çəki itkisi.
Profilaktika: yalnız pasterizə olunmuş süd və süd məhsulları istehlak etmək; yaxşı bişmiş ət yemək; heyvanlarla təmas zamanı gigiyenaya əməl etmək. Oynaq ağrıları olan xəstələrdə mütləq bruselyoz araşdırılmalıdır.
